Di Kapriodan dövlət başçılarına çağırış
15.08.2017 883 0.0 0

Amerikalı aktyor Leonardo Di Kaprio ekoloqları qar bəbirlərinin populyasiyasının mühafizəsi üzrə səyləri artırmağa, Tacikistan liderini isə bu növün xilası üzrə qətiyyətli addım atmağa çağırıb.

Məlumata görə, məşhur aktyor müraciətini 18 milyon izləyicisi olan "İnstaqram"dakı səhifəsində paylaşıb. Di Kaprio qar bəbirlərinin mühafizəsi problemlərinə həsr olunan beynəlxalq forum ərəfəsində 12 ölkənin liderlərinə müraciət xarakterli petisiya imzalamağı təklif edib.

Forum avqustun 23-25-də Bişkekdə keçiriləcək.

Qeyd edək ki, hazırda dünyada, xüsusən də Çin, Qırğızıstan, Monqolustan, Nepal, Tacikistan, Əfqanıstan, Qazaxıstan və Özbəkistanın yüksək dağlıq ərazilərində təqribən 3 min qar bəbiri yaşayır.

Qar bəbiri Tacikistanın "Qırmızı kitab"ına salınıb. Onun sayı son on ildə brakonyerlik səbəbindən kəskin azalıb. Tacikistanda məlum olmasa da, Qırğızıstanda cəmi 250 qar bəbirinin yaşadığı deyilir./Trend/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar