Deputatlara şərt qoyuldu
16.09.2015 729 0.0 0

Yeni Azərbaycan Partiyasından (YAP) namizədliyi irəli sürülmüş rektorlar deputat seçilsələr, vəzifədən gedəcəklər.

Məlumata görə, bu barədə Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov məlumat verib. Onun sözlərinə görə, bu şərt namizəd rektorların ərizələrində də öz əksini tapıb. 

Millət vəkilinin sözlərinə görə qəbul olunmuş son qərar belədir ki, partiya tərəfindən irəli sürülmüş rektor namizədlər deputat seçildiyi təqdirdə rektorluq vəzifələrindən imtina edəcəklər.


Siyavuş Novruzov - Milli Məclisin deputatı


YAP-ın ötən gün açıqladığı siyahıda rektorlardan Aqiyə Naxçıvanlı (Azərbaycan Müəllimlər İnstitutu), Səməd Seyidov (Azərbaycan Dillər Universiteti), Əhliman Əmiraslanov (Azərbaycan Tibbi Universiteti) və Ağacan Abiyevin (Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyası) də adı var. 

Adları bu il namizədlik siyahısında olmayanlar isə, Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU)rektoru Gülçöhrə Məmmədovadır.

Bakı Dövlət Universitetinin (BDU) rektoru, Abel Məhərrəmov noyabrın 1-nə təyin olunan parlament seçkilərində namizədliyini irəli sürməyəcəyi məsələsinə belə münasibət bildirib: "“Bu, doğru qaydadır, özü də çox doğru qaydadır. Belə bir təcrübə dünyada da mövcuddur. Adam bir vəzifə daşımalıdır, biz də bu qayda ilə tamamilə razıyıq. Mən rektor olaraq öz vəzifəmi icra edəcəm, bu il keçiriləcək parlament seçkilərində YAP-ın deputatlığa namizədi olmayacam. Partiyadan mənə belə məsləhət olundu və mən də razılaşdım."


Abel Məhərrəmiv - Azərbaycan Dillər Universitetinin rektoru


Bir vaxtlar Odlar Universitetinin rektoru olan Əhməd Vəliyevin də adı siyahıda yoxdur, baxmayaraq ki, o, artıq rektor vəzifəsini tutmur. Əhməd Vəliyev bu məsələni şərh edərkən bildirib ki, parlament seçkilərində namizəd siyahısında adının olub-olmamasından xəbərsiz olduğunu bildirib: “Mən 10 ildir millət vəkiliyəm. Əgər partiya yenidən namizədliyimi irəli sürməyi məsləhət bilsə, seçkidə iştirak edəcəyəm”. Ə.Vəliyev adının siyahıda olmayacağı təqdirdə elmi fəaliyyətini davam etdirəcəyini söyləyib. Deputat YAP-ın əsgəri olduğunu və bu baxımdan adı siyahıda yer almazsa, müstəqil şəkildə namizədliyini irəli sürməyəcəyini vurğulayıb. 


Əhməd Vəliyev - Odlar Yurdu Universitetinin sabiq rektoru

Ümumiyyətlə, hansı vəzifə tutmaqlarından asılı olmayaraq, hamının bir borcu var. Vətənə və onun vətəndaşlarına layiqincə xidmət etmək./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar