Davudoğlu nazirləri topladı
08.06.2015 700 0.0 0

Türkiyənin baş naziri Əhməd Davudoğlu ötən gün baş tutan parlament seçkisinin nəticələrini müzakirə etmək üçün nazirləri toplayır. Məlumata görə, bütün nazirlər saat 11:00-da (Bakı vaxtı ilə saat 13:00) iclasa çağırılıb. Nazirlər AKP-nin baş qərargahına gəliblər.

Toplantıda nəticələrin analizi, koalisiya ssenariləri müzakirə ediləcək. 

AKP rəsmilərinin məlumatına görə, Davudoğlunun istefasını bu gün və ya sabah prezidentə təqdim etməsi, Ərdoğanın isə yeni hökumət qurulana qədər ondan vəzifəsinə davam etməyi istəyəcəyi gözlənilir. 

Nəticələr rəsmi qəzetdə yayımlanandan beş gün sonra yeni parlamentin ilk iclası olacaq və deputatlar and içəcək. Andiçmədən sonra Ərdoğan yeni hökuməti qurmaq üçün TBMM-dən bir nəfəri, böyük ehtimalla birinci olan partiyadan Davudoğluna tapşırıq verəcək. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar