Davudoğlu: Hərbçilərimizin İraqda mövcudluğu bu ölkənin suverenliyini pozmur
17.12.2015 550 0.0 0

"Türkiyə hərbçilərinin İraqın şimalında mövcudluğu bu ölkənin ərazi bütövlüyünü və suverenliyini pozmur".
“Anadolu”ya istinadən veilən məlumata görə, bunu Brüsselə səfər öncəsi Türkiyə baş naziri Əhməd Davudoğlu deyib.
 
O bildirib ki, türkiyəli hərbçilərin Başika təlim bazasında yerləşməsi terror təhlükəsi ilə mübarizə xarakteri daşıyır. “İraq hökuməti qanuni idarəetmə orqanlarını yaradanədək bu, lazımdır. Buradan Türkiyəyə təhlükə var, biz mümkün risklərin qarşısını alırıq”, - deyə baş nazir vurğulayıb.
 
 Davudoğlu həmçinin qeyd edib ki, Türkiyə Silahlı Qüvvələrinin real duruma uyğun addımlar atmağa tam hüququ var./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar