Daşkəsəndə təbii fəlakət baş verib-FOTO
27.08.2016 960 0.0 0

Daşkəsəndə təbii fəlakət baş verib. Güclü külək bəzi evlərə ciddi ziyan vurub.

Qazeta.info bildirir ki, küləyin sürəti saniyədə 33-37 m təşkil edib. Ötən gecə 20-00 radələrində yağış ilə müşaiyət olunan güclü külək əsməsi rayon mərkəzində, o cümlədən rayonun Xoşbulaq, Əhmədli kəndlərində, Yuxarı Daşkəsən qəsəbəsində və digər mərkəzi çoxsaylı yaşayış məntəqələrində sosial-inzibati binalara, rayonun elektrik, rabitə təsərrüfatına güclü ziyan vurub.
Səhər 05-00 radələrinədək rayon mərkəzində elektrik enerjisinin verilişi bərpa olunmuşdur. Hazırda rayonun digər yaşayış məntəqələrində təbii fəlakətin vurduğu ziyan aradan qaldırılır.

Xatırladaq ki, hələlik bütün bunlar rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına həyata keçirilir.
Məlumata görə, Fövqəladə Hallar Nazirliyi ilə yerli Fövqəladə Hallar Komissiyasının əməkdaşları dəymiş ziyanın həcmini müəyyənləşdirib, dəyən bu ciddi ziyan qısa müddətdə aradan qaldırılması istiqamətində işlər aparır.

Qeyd edək ki, baş vermiş təbii fəlakət, yağış ilə müşaiyət olunan güclü külək əsməsi - qasırğa nəticəsində bina və evlərə, o cümlədən, Daşkəsən şəhərinin 10-dan  artıq  yaşayış və sosial-inzibati binalarının dam örtüklərinə və rayonun elektrik, rabitə təsərrüfatlarına ziyan dəymişdir.

 

Təbii fəlakət zamanı xəsarət alan olmamışdır.

Xatırladaq ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev təbii fəlakət baş vermiş ərazilərdə olmuş, zərər çəkmiş sakinlərlə görüşmüşdür. Sakinlərlə görüş zamanı Əhəd Abıyev güclü ziyan dəymiş binalarla bağlı problemli  məsələlərlə tanış olub və son  bir neçə illər ərzində rayon ərazisində belə güclü külək müşahidə olunmadığını bildirib. 

 

 

 


Digər xəbərlər:
Şərhlər
avatar