Daha çox kölə, müsəlman-xristian savaşı... – QORXUNC SSENARİ HAZIRLANIR
10.04.2017 1237 0.0 0

"Türkiyəyə qarşı qorxunc ssenari hazırlanır".

Qazeta.info Publika.az -a istinadən xəbər verir ki, bu iddia ilə fransız pianoçu və bəstəkarı Stefan Blet çıxış edib.

“Türkiyə üzərində çox pis atmosfer yaratmağa çalışırlar. Belə bir şeyin olacağını daha əvvəl görə bilirdim. Mən Avropadan utanıram. Mən çox qorxuram. Nə etməyə çalışdıqlarını çox yaxşı görürəm. Avropada sionist hərəkatını yaratmağa çalışırlar. İnsanların müsəlmanlardan qorxması üçün bütün mediadan istifadə edirlər. Müsəlmanlarla xristianların döyüşməsini istəyirlər”, - o deyib.

Uzun müddətdir ki, Türkiyəyə qarşı “qara piar” kampaniyasının aparıldığını deyən bəstəkar Avropada iqtisadi vəziyyətin pis olduğunu və insanların iqtisadi qorxusunu böyütməyə çalışdıqlarını bildirib:

“Böyük təhlükə və xaos üçün hazırlanan çox böyük bir plan var. İqtisadiyyat üzərindən hərəkət edirlər və daha çox kölə istəyirlər”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar