Daha bir jurnalist deputatlığa namizədliyini irəli sürüb, imza vərəqələrini alıb
17.12.2019 603 0.0 0

09 fevral 2020 ci il tarixdə keçiriləcək növbədən kənar parlament seçkilərinə qatılan şəxslər sırasında jurnalistlərin sayı artmaqdadır.

Qazeta.info-nun məlumatına görə, deputatlığa namizədliyini irəli sürən jurnalistlərdən daha biri imza vərəqələrini götürdüyünü bildirib. Jurnalist Məhəmməd Ərsoy (Zamanov) 47 saylı Mingəçevir Seçki Dairəsindən deputatlığa namizəd olunduğunu bildirib.

Xatırladaq ki, M. Ərsoy seçkilərdə bitərəf namizəd kimi  təmsil olunur.  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar