DAHA BİR MÜSƏLMAN ÖLKƏSİNDƏ QARIŞIQLIQ DÜŞDÜ
07.02.2015 919 0.0 0

Yəməndə hakimiyyət dəyişikliyi baş verib. "Husi" şiə hərəkatının qiyamçıları hakimiyyəti ələ aldıqlarını və parlamenti buraxdıqlarını elan ediblər.

Məlumata görə, qrup televizya ilə yayılmış bəyanatında bəyan edib ki, keçid dövrü üçün 5 nəfərdən ibarət Şura prezidentin səlahiyyətlərini yerinə yetirəcək. Qrup ilk dəfə ötən sentyabrda paytaxt Sanaa üzərində nəzarəti ələ aldıqdan sonra bu ilin yanvarında prezident Abed Rabbo Mansour Hadi istefaya məcbur olub.

"Huti" hərəkatı ölkəni təlatümdən çıxarmaq üçün bütün siyasi partiyaları bir araya gəlməyə çağırıb və bildirib ki, əks təqdirdə “başqa cür hərəkət” edəcək.

Beynəlxalq ekspertlər deyiblər ki, bu hadisə Yəməndə "Huti" çevrilişinin başa çatmasını göstərir və ölkəyə müəyyən müddətdə sabitlik gətirə bilər. Lakin ABŞ "Huti" hərəkatını tənqid etdiyi üçün onların hakimiyyəti ölkənin sünni və cənublu liderləri tərəfindən tanınmayacaq və Yəməni parçalanmaya gətirib çıxaracaq.//AnsPress

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar