Dağlıq Qarabağ münaqişəsini lentə almış məşhur amerikalı fotoqraf vəfat edib
20.05.2017 704 0.0 0

Dağlıq Qarabağ münaqişəsini çəkmiş məşhur amerikalı fotoqraf Stenli Qrin 68 yaxında Parisdə vəfat edib.
 
APA-nın xəbərinə görə, bu barədə “Associated Press” məlumat yayıb. O, uzun sürən xəstəlikdən sonra ötən gün dünyasını dəyişib.
 
Qeyd edək ki, Senli Qrin xüsusilə münaqişə zonalarına aid fotoları ilə məşhurdur.
 
O, Berlin divarının yıxılmasını lentə alıb. Eyni zamanda Cənubi Sudan, Hindistan, Ruanda, Zairdə olub, Dağlıq Qarabağ, İraq, Əfqanıstan, Kəşmir və Livanda münaqişələri tarixin yaddaşına köçürüb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar