Dağ velosipedi yarışında isveçrəlilər podiumda
14.06.2015 697 0.0 0
Nino Şurter kişilər arasında keçirilmiş yarışda qızıl medalı əldə edib

Bakı 2015 ilk Avropa Oyunlarında kişilərin dağ velosipedi yarışları, isveçrəli velosipedçilər üçlüyündən biri olan Nino Şurterin qələbəsi ilə başlayaraq, medalları ələ keçirməsi ilə sona çatdı.

Qazeta.info Bakı 2015 ilk Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, Lukas Flukiqer və Fabian Qiqer isə gümüş və bürünc medallar qazandılar. Bununla da, İsveçrə altı medaldan beşini qazanmış oldu. Əldə olunmuş qalibiyyət haqqında Şurter sevincini belə bölüşüb:

Burada qalib gəlmək əvəzolunmaz bir hissdir. Güclü külək baxımından bu, çox taktiki bir yarış idi. Lakin ilk Avropa Oyunlarında üç isveçrəlini medallar kürsüsündə görmək çox sevindiricidir.-Nino Şurter

Velosipedçi Şurter yarış zamanı Flukiqeri 19 saniyə, Qiqeri isə 21 saniyə qabaqlayaraq, çexiyalı Ondrej Sink və italiyan Gerhard Kerşbaumeri tamamilə geridə qoymağı bacardı. Bu idmançılar final xəttinə qədər qədər öndə gedən beş güclü idmançılar idilər.

Oyunun sonunda Şurter asanlıqla qalib gəlməyin sevincini yaşayıb. Belə ki, yarış sona yaxinlaşana yaxın o, Flukiqeri 13 saniyə, Qiqeri isə 20 saniyə fərqilə geridə qoyaraq, oyunu qələbə ilə başa vurub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar