Dərmanlarla bağlı qaynar xətt yaradıldı (VİDEO)
10.09.2015 717 0.0 0

“Günə Baxan” verlişinin qonağı olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov dərman vasitələri ilə bağlı bəzi qaranlıq məsələlərə aydınlıq gətirdi.

O bildirib ki, ilk öncə Tarif Şurası tərəfindən 2015-ci il 30 iyul tarixində 25 təsiredici molekula malik 256 dərmanın qiyməti tənzimləndi. 25 avqust tarixində yenidən bu tip molekula adi olan 801 dərmanın qiyməti dəqiq müəyyənləşib. 

Hazırda isə Tarif Şurası tərəfindən dövlət qeydiyyatına alınmış 4500-dən çox vasitənin 1057-nin qiyməti təsdiqlənib. Yeni qiymətlərlə təklif olunan bu dərmanların satışına sentyabr ayının 15-dən bütün əczəxanalarda başlanılacaq. 

Bu dərmanlar həyati vacib və təcilli tibbi yardım zamanı istifadə olunan dərmanlardır. 

Qiyməti tənzimlənən dərmanların siyahısı ilə Səhiyyə Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi və ya Tarif Şurasının rəsmi internet saytında tanış olmaq mümkündür.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyulun 13-də Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dərman vasitələrinin qiymətinə və keyfiyyətinə nəzarət haqqında öz tapşırığını verib.

Bu link vasitəsilə qiyməti tənzimlənən dərmanlar haqqında ətraflı məlumat əldə edə bilərsiniz.

Dərmanların tam siyahısı


Dərman vasitəsilə bağlı hansısa bir sualınız yaranarsa Səhiyyə Nazirliyinin “9103” və ya Analitik Ekspertiza Mərkəzinin 596 07 12 saylı qaynar xəttinə zəng vurmaqla müraciət edə bilərsiniz. /anspress/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar