Dəmiryolu ətrafında yaşayanlar mütləq oxuyun
12.12.2015 677 0.0 0

Tezliklə Azərbaycanda dəmiryolu yaxınlığında olan evlər söküləcək.

Məlumata görə, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda bu istiqamətdə bir çox işlər görülür.

"Dəmiryolu ətrafında qanunsuz tikililərin sökülməsi, ərazilərin hasarlanması məsələlərinə baxılır. Bu istiqamətində yeniliklər olarsa, mətbuata məlumatlar veriləcək”, - deyə Cavid Qurbanov bildirib.

Qurum sədri onu da qeyd etdi ki, hazırda evlərin sökülməsi üçün əhalinin siyahıya alınması həyata keçirilir: "Hələlik dəmiryolu ətrafında olan evlər və əhalinin siyahıya alınması prosesi gedir”./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar