Dələduzluqla məşğul olan 'polislər' saxlanılıb
06.10.2016 969 0.0 0

 Daxili İşlər Nazirliyi Şəkidə qeydə alınan dələduzluq faktı ilə bağlı məlumat yayıb.
 
Nazirliyin saytına istinadən verilən məlumata görə, oktyabrın 4-də Şəki rayonunun Aşağı Göynük kəndində rayon sakini Sərvan Rəsulova məxsus mağazaya gələrək özlərini polis əməkdaşı kimi təqdim edən 3 nəfər ona məxsus “VAZ-21099” markalı avtomobili aparıb.  
 
Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Hüseyn Hüseynov və Rəfael Qoçayev tutulub, digər şəxs isə müəyyən edilib.
 
Avtomobil sahibinə qaytarılıb.
 
Araşdırmalar zamanı cari il sentyabrın 14-də H. Hüseynovun soyğunçuluq yolu ilə Sərvandan 192 manat, habelə 2015-ci ilin iyul ayında H. Hüseynovun və S.Məhərrəmovanın Sərvanın qardaşı Sərxandan 50 manat və 20 litr benzin almaları da müəyyən edilib.  
 
Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar