Tarix: 07.12.2016,   Saat: 22:16, Çərşənbə.          

Dəhşətli zəlzələ yaxınlaşır: İstanbul dağılacaq, sunami dalğaları...

Fransanın zəlzələlərin öyrənilməsi üzrə məşhur professoru Le Piçon İstanbulu böyük zəlzələnin gözlədiyini açıqlayıb.

Məlumata görə, fransalı mütəxəssis İstanbulda zəlzələnin mütləq olacağını bildirib.

Onun sözlərinə görə, zəlzələnin gücü 7,6 bal gücündə ola bilər: “Biz uzun zamandır Mərmərə dənizində türk mütəxəssislərinin də iştirakı ilə araşdırmalar aparırıq. Böyük zəlzələ 1766-cı ildə olub. Ondan sonra yaxın gələcəkdə ikinci böyük zəlzələnin olacağı qaçılmazdır. Çünki 1766-cı ildəki zəlzələ Mərmərə layında qırılma nəticəsində baş vermişdi. Həmin vaxtdan bu günə qədər hər il bu lay 18 millimetr qırılır. 250 illik dövr ərzində bu 4,5 metr qırılma deməkdir. Qırılıma nə qədər çox olsa, zəlzələnin gücü də bir o qədər çox olacaq”.

Mütəxəssis bildirib ki, İstanbula böyük təsir edəcək zəlzələ iki dəfə ard-arda ola bilər.
“Bununla yanaşı, Mərmərədə torpaq laylarının qopması nəticəsində böyük sunami ola bilər”, - deyə o bildirib./publika.az/



  Bölmə: Maraqlı | Baxış sayı: 1213 | Tarix: 24.10.2016, 14:26


Xəbərlər