Dəhşətli yanğında ata və 2 uşaq evdə yandı
08.05.2015 654 0.0 0

Qazeta.info Fövqaladə Hallar Nazirliyinə istinadla bildirir ki, Göyçay şəhərində dəhşətli yanğın hadisəsi baş verib.

Belə ki, Göyçayda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanğın baş verib.Hadisə yerində FHN əməktaşları tərəfindən aparılan yanğının kəşfiyyatı zamanı 1970-ci il təvəllüdlü Babayev Azad Misir oğlu, 2008-ci il təvəllüdlü Əhmədov İlyas Azad oğlu və 2009-cu il təvəllüdlü Əhmədova Aysu Azad qızının yanmış meyitləri aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:26-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar