Cüdo üzrə komanda yarışları bazar günü keçiriləcək
27.06.2015 726 0.0 0
Cüdoçular beş fərqli çəki dərəcəsi üzrə komanda yarışlarında bir-biri ilə üzləşəcəklər

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki,  Heydər Əliyev adına İdman Arenasında keçiriləcək sonuncu idman növü olan cüdo yarışları cümə axşamı günü start götürüb. Üç gün ərzində fərqli çəki dərəcələrində davam edəcək görüşlərdə qaliblər 16 qızıl medalla mükafatlandırılacaq. Cüdo üzrə yarışın dördüncü və sonuncu günü olan bazar günü komanda yarışlarına həsr ediləcək.

Komanda yarışları üçün püşk atma mərasiminin şənbə günü saat 18:00-da Heydər Əliyev adına İdman Arenasında keçirilməsi planlaşdırılır. Seçilmiş dörd komandanın bölüşdürülməsində Avropa üzrə dünya reytinqı cədvəlindən istifadə ediləcək. Bunun nəticəsində, ilk sıralarda yer alacaq komandalar, birinci mərhələdə bir-biri ilə üzləşməyəcəklər.

Birinci Avropa Oyunlarında bazar günü baş tutacaq görüşdə qadınların mübarizəsində 8, kişilərdə isə 10 komanda iştirak edərək medal uğrunda bir-biri ilə qarşılaşacaqlar.

Qeyd edək ki, sözügedən komandalar beş idmançıdan ibarət olacaq, ən aşağı çəki (qadınlarda -48 kq və kişilərdə -60 kq) və yuxarı çəki (qadınlarda +78 kq və kişilərdə +100 kq) dərəcələrini çıxmaqla, rəsmi qəbul edilən hər çəki dərəcəsində bir idmançı.

Beləliklə, cüdo idman növü üzrə komanda yarışları ən aşağı çəki dərəcəsindən ən yuxarı çəki dərəcəsinə doğru sıralanaraq keçiriləcək:

Qadınların kateqoriyasında: -52 kq, -57 kq, -63 kq, -70 kq, -78 kq

Kişilərin kateqoriyasında: -66 kq, -73 kq, -81 kq, -90 kq, -100 kq

Kişilərdən ibarət favorit komanda

Gürcüstan, Ukrayna, Fransa və Almaniya

Qadınlardan ibarət favorit komanda

Xorvatiya, Fransa, Rusiya və italiya

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar