Çoxarvadlılıq yayılan qəsəbənin qadınları: `Hamımıza diqqət ayırırlar`- VİDEO
27.07.2017 758 0.0 0

Kanadanın əyalət məhkəməsi 61 yaşlı Uinston Blekmor adlı vətəndaşı çoxarvadlılıqda təqsirli bilib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, 61 yaşlı U.Blekmor bu müddət ərzində 25 dəfə evlənib və bu nikahlardan ümumilikdə 146 uşağa sahib olub.

 

Bununla belə, prokurorların məsuliyyətə cəlb etdiyi Uinston özünü təqsirli bilmir və bu qərarı ədalətsiz sayır: "Mən öz dinimin qanunları ilə yaşayıram və bu, mənim ailəm üçün hər şeydən vacibdir. Bütün bunları özümün və partnyorlarımın istəyi ilə etmişəm".

 

Blekmorların yaşadığı Bauntiful qəsəbəsində təxminən 1500 çoxarvadlı ailə var. Onlar icma şəklində yaşayır və birgə əməklə məşğul olur. Bu cür ailələrdə qadınların yeganə problemi həyat yoldaşları ilə ayda yalnız bir gecə keçirə bilməsidir. Nə qədər qəribə olsa da, ata Blekmor deyir ki, hərdən öz övladlarını qonşu uşaqları ilə səhv salır. Uinstonun onuncu arvadı isə bu vəziyyətdən şikayətçi deyil: "O, mənə digər arvadları qədər diqqət ayırır. Əlbəttə ki, onu hər gün görə bilirəm. Çünki biz eyni evdə yaşayırıq və çox xoşbəxtik".

 

Qeyd edək ki, yeni qanuna görə Uinstonu 5 il həbs cəzası gözləyir. Lakin, vəkillər məhkəmədə sözü gedən qanunla bağlı iddia qaldırmaq niyyətindədirlər.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar