Corc Buşun boynu sındı (FOTO)
16.07.2015 943 0.0 0

Amerika Birləşmiş Ştatların eks-prezidenti Corc Buş (ata) boynu sınıb. O, Meyn ştatındakı yay evində yıxılıb. 
Bu haqda, 91 yaşlı sabiq prezidentin köməkçisi Cim Makqrat öz Twitter səhifəsində məlumat paylaşıb. 
 CCN-ə istinadən verilən məlumata görə, Buş qonşu Portlenddə xəstəxanaya çatdırılıb. Hal-hazırda vəziyyəti sabit olan keçmiş prezident bir müddət xüsusi boyunluqla gəzməli olacaq.

 

Corc Buşun köməkçisi Cim Makqratın Twitter səhifəsi

 

Xatırladaq ki, bundan əvvəl də bir neçə dəfə eks prezident xəstəxanalarda müalicə alıb. 2012-ci ildə bronxlarının müalicə üçün xəstəxanaya yerləşdirilən Buş buradan yalnız 2013-cü ildə çıxa bilmişdi. 

Analoji hal 2014-cü ildə də baş verib. Nəfəs yollarındakı problemlə bağlı onu Hyuston xəstəxanasına yerləşdiriblər. Həkimlər onun sağlamlığı üçün heç bir təhlükə olmadığını bildiriblər. Amma Buş parkinson xəstəliyindən də əziyyət çəkir və bu xəstəlik onu arabaya məhkum olmasına səbəb olub. 

Corc Buş ABŞ-ın 41-ci prezidenti olub (1989-1993). O, hal-hazırda ABŞ-ın yaşayan prezidentləri arasında ən yaşlısıdır. Amma bu ahıl yaş ona 90 illik yubileyini paraşütdən tullanma ilə qeyd etməyə mane olmayıb. /anspress/

 

Cor Buş 90 illiyini havada qeyd edib

Keçmiş prezident əlil arabasında


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar