Con Kerrinin yeni iş yeri məlum olub
02.03.2017 1035 0.0 0

ABŞ-ın sabiq dövlət katibi Con Kerrinin yeni iş yeri məlum olub.

RİA Novosti agentliyinə istinadən verilən xəbərə görə, C.Kerri Vaşinqtonun Karneqi Fondunda ekspert vəzifəsində çalışacaq.

Bu barədə təşkilatın prezidenti Uilyam Berns bildirib. Onun sözlərinə görə, sabiq dövlət katibi beynəlxalq münaqişələr və ekologiya məsələləri ilə məşğul olacaq.

Qeyd edək ki, U.Berns vaxtilə Dövlət Departamentində Con Kerrinin müavini olub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar