Con Kerrinin Qarabağ görüşü təsdiqləndi
13.05.2016 914 0.0 0

Birləşmiş Ştatların dövlət katibi Con Kerrinin yaxın günlərdə başlayacağı dünya turu səfəri zamanı müzakirə edəcəyi məsələlərdən biri də Dağliq Qarabağdakı vəziyyət olacaq.

Məlumata görə, bu barədə departamentin sözçüsü Con Kirbi məlumat verib.

Con Kerrinin dünya turu çərçivəsində Vyanaya səfər edəcəyini deyən Kirbinin sözlərinə görə, Dövlət katibi Avstriya paytaxtında Dağlıq Qarabağ üzrə görüşdə iştirak edəcək.

“Dövlət katibi orada ABŞ-ın Rusiya və Fransa ilə birlikdə keçirəcəyi Dağlıq Qarabağ münaqişəsi üzrə görüşdə iştirak edəcək və Azərbaycan və Ermənistan rəhbərlikləri müzakirələr aparacaq", - Kirbi bildirib.

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü may ayının 16-na planlaşdırılıb. Rusiya Xarici İşlər Nazirliyinin təsmi nümayəndəsi Mariya Zaxarova da İlham Əliyev və Serj Sarkisyanın görüşünə dair açıqlama verib.
Zaxarova bildirib ki, mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılır.

Onun sözlərinə görə, prezidentlərin görüşündə Rusiya, ABŞ və Fransa xarici işlər nazirlərinin də iştirakı gözlənilir:

“Görüşdə əsas məqsəd məsləhətləşmələr aparmaq, təmas xəttində hərbi riskləri azaltmaqdan ibarətdir. Görüşün vaxtı və formatı dəqiqləşən kimi, əlavə məlumat veriləcək”.

M.Zaxarovanın sözlərinə görə, Moskva hesab edir ki, belə görüşlər danışıqlar prosesinin bərpa olunmasına kömək edəcək./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar