Con Kerri: ABŞ Liviyada səhvə yol verib
20.12.2015 598 0.0 0

ABŞ dövlət katibi Con Kerri ölkəsinin Liviyada səhvə yol verdiyini etiraf edib və məsələ ilə bağlı prezident Barak Obamanın dediklərini xatırladıb.  “TASS”a istinadən verilən xəbərə görə, bu barədə Con Kerri “Rissiya 1” telekanalına müsahibəsində bildirib. “Prezident Obama ABŞ-ın Liviyada  addımlarının bəzilərinin səhv olduğunu etiraf edib, çünki Amerika hərbi müdaxilə etdikdən sonra bu ölkədə legitim hakimiyyətin formalaşdırılmasına dəstək verməyib”, deyə Kerri bildirib.   
 
Dövlət katibi əlavə edib ki, ABŞ ölkədə vəziyyətin sabitləşməsinə və gərginliyin azalmasına ümid edərək  Liviyada yaradılacaq yeni milli birlik hakimiyyətini dəstəkləmək niyyətindədir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar