CNN: Rusiya hərbçiləri Kiyevdən 40 km məsafədəki Antonov aeroportuna nəzarəti ələ keçirib
24.02.2022 342 0.0 0

Rusiya hava-desant qüvvələri Kiyevdən 25 mil (40,2 km) məsafədə yerləşən Antonov hava limanına nəzarəti ələ keçirib.

CNN-ə istinadən verilən xəbərə görə, rusiyalı hərbçilər səhər saatlarında helikopterlərlə əraziyə enərək əlavə qoşunların da gəlməsi üçün hava körpüsü yaradıblar.


CNN müxbirinin məlumatına görə, əsgərlərin uniformalarının qollarında Rusiya hərbçiləri olduqlarını göstərən narıncı və qara lent olub.

Ukrayna hərbi qüvvələrinin aeroporta nəzarəti qaytarmaq üçün əks-hücum həyata keçirdiyi bildirilib.

Hava limanına hərbi təyyarənin də endiyi, müxtəlif obyektlərdən tüstü qalxdığı qeyd olunub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar