Çində satıcısız səyyar mağazalar -VİDEO
17.06.2017 705 0.0 0

Çinin Şanxay şəhərində avtomatlaşdırılmış səyyar mağazalar sınaq fəaliyyətinə başlayıb.

Məlumata görə, “Moby” mağazası günəş batareyaları ilə qidalanır və təkərləri olan kiçik pavilyondan ibarətdir.

Bu mağazanın müştərisinə çevrilmək üçün telefona müvafiq proqramı yazmaq lazımdır.

Taksi kimi, müştəri istənilən vaxt bu səyyar mağazanı da SMS vasitəsilə yaxın əraziyə çağıra bilər.

Xüsusi qurğular vasitəsilə mağaza vitrində olan məhsulların sayını bilir və həmin məhsul azaldıqda anbardan yeni məhsulları qəbul edir.

İsveçin “Wheelys” şirkətinin istehsalı olan səyyar “Moby”nin dəyəri 30 min dollara yaxındır./Trend/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar