Çindən Gürcüstana uçan təyyarə Bakıya enib
17.02.2016 514 0.0 0

Gürcüstanın paytaxtı Tbilisidə müşahidə olunan qatı duman səbəbindən Tbilisinin beynəlxalq hava limanı 10-a yaxın aviareysi qəbul edə bilməyib.  RİA "Novosti" agentliyinə istinadən verilən xəbərə görə, bu səbəbdən Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Gürcüstana rəsmi səfəri təxirə salınıb.
 
Hava limanının rəsmiləri bildirib ki, "Türk Hava Yolları"nın iki, "Pegasus" və "Atlas Global" aviaşirkətləri isə bir neçə aviareysi təxirə salınıb: "Kiyevdən yerinə yetirilməli olan reys də təxirə salınıb. Moskvadan yerinə yetiriləcək aviareysin də vaxtı dəyişib. "Fly Dubai" şirkətinə məxsus təyyarə İrəvanda məcburi eniş edib. Bundan başqa, Çindən Tbilisiyə uçan təyyarə Bakıda məcburi eniş edib".
 
Təxirə salınan aviareyslər bu gün yerinə yetiriləcək.
 
Hazırda Tbilisidə müşahidə olunan qatı duman seyrəlmək üzrədir.
 
"Azərbaycan Hava Yolları" QSC prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski isə bildirib ki, Tbilisidə müşahidə olunan qatı duman səbəbi ilə yalnız ötən gün 1 reys gecikmə ilə yerinə yetirilib, lakin heç bir reys təxirə salınmayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar