Cim Kerri `Rusiya müdaxiləsi`nə görə `Facebook`u boykot etməyə çağırıb
07.02.2018 1048 0.0 0

Məşhur Hollivud aktyoru və komik Cim Kerri Rusiyanın ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etdiyini, "Facebook"un isə bunu dayandırmağa heç cəhd də göstərmədiyini bildirərək sosial şəbəkəni boykot etməyə çağırıb.

 

Məlumata görə, bu barədə o, öz "Twitter" səhifəsində yazıb.

"Mən öz "Facebook" səhmlərimdən imtina edir və öz səhifəmi silirəm. Çünki "Facebook" Rusiyanın bizim seçkilərə müdaxilə etməsindən yalnız qazanır, onlar bunu dayandırmaq üçün kifayət qədər iş görmürlər. Mən bizim gələcəyimizin qayğısına qalan digər səhmdarları da eyni addımı atmağa çağırıram", - deyə o bildirib./Report/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar