CİA türk ordusuna necə sızdı? – 30 illik «Gülən planı»
21.07.2016 1065 0.0 0

Fətullah Gülən camaatının Türkiyə Silahlı Qüvvələrinin içinə necə sızmasına dair detallar ortaya çıxıb.

 


Qazeta.info Publika.az-ın məlumatına əsasən xəbər verir ki, “Əl Cəzirrə”də jurnalist İrfan Bozanın məqaləsində bununla bağlı faktlar təqdim olunur.
 

Həmin məqaləni təqdim edirik:

1986-cı il. İstanbul Dəniz Liseyi. Liseyin birinci sinfində təhsil alan şagirdlər sinif otağında toplanıb. Məktəbin komandiri onların qarşısında çıxış edir: “İndi sizin hər birinizə bir kağız verəcəm. Bu kağızda bəzi suallar var. Bu sualları dəqiq və səmimiyyətlə cavablandırın. Narahat olmayın, cavablarınız haqqında heç kimə məlumat verilməyəcək. Heç biriniz məktəbdən çıxarılmayacaqsınız”.

 


Şagirdlər sualları müqayisə edəndə təəccüblənirlər. “Sızıntı” jurnalını (Gülən camaatının jurnalı - red.) oxuyursunuz? Ailənizdə “Sızıntı” jurnalını oxuyan var? Bu məktəbə gəlməyiniz üçün sizə təsir edənlər olub?”. 

Bu suallar cavablandırıldıqdan bir müddət sonra həmin şagirdlərin əksəriyyəti liseydən çıxarıldı.

 


Həmin dövrdə mətbuat “Fətullahçılar” adı ilə tanınan Gülən camaatına bağlı hərbi məktəblərdə çıxarmalarla bağlı xəbərlər yazdı. Nüfuzlu “Nokta” jurnalı 1987-ci il 15 fevralda “Hərbi məktəblərdə ikinci əməliyyat” başlığı ilə bu haqda məqalələr dərc etdi.
 


1986-cı il Fətullah Gülən camaatı üçün ən çətin illərdən biri idi. 1980-ci il hərbi çevrilişdən sonra qaçaq həyatı yaşayan Gülən həmin il Burdurda ifadə verərək, qaçaq həyatdan da xilas olurdu.

 

1971-ci il
 


Bu günlərdə Ankara prokurorluğunun hazırladığı “Ana Gülən təşkilatlanması” iddiannaməsində “Gülən təşkilatlanmasının” 1971-ci ildən etibarən Türkiyə Silahlı Qüvvələrinin (TSK) içinə daxil olmağa çalışdığı deyilir.

“İlk zamanlarda sayları az olsa da, 1984-cü ildən sonra bu fəaliyyət intensivləşdi. Həmin vaxt TSK içinə yerləşdirilən bu şagirdlərin bir çoxu indi polkovnik-leytenant, polkovnik, yaxud generaldır”, - deyə iddiannamədə bildirilir.

 


Gülən camaatı haqqında TSK içində yeganə araşdırma aparan adam, Hava Qüvvələri Komandanlığının hərbi prokuroru polkovnik-leytenant Ahmet Zeki Üçok 2016-cı ilin aprelində “Hürriyet” qəzetinə açıqlamasında belə deyib: “1986-cı ildə Qüllələli hərbi məktəbində imtahanın nəticələri Gülən camaatı tərəfindən oğurlanır. Daha sonra həmin nəticələrə uyğun olaraq şagirdlərin 60-a qədəri məktəbdən çıxarılır. Digərlərini isə “ələ alarıq” deyə saxlayırlar”.
 


Maraqlıdır ki, Üçok camaatla bağlı apardığı araşdırmadan sonra 2009-cı ildə “Balyoz” işinə görə həbs olunaraq, 4 il 9 ay həbsxanada qaldı.
 


Tansu Çiller Gülənlə görüşüb

 

1990-cı illərin ilk yarısında Fətullah Gülən artıq beynəlxalq fiqur olmaq qərarına gəlir.

Fətullah Gülən haqqında “Din-Kent və camaat Fətullah Gülən Nümunəsi” kitabının müəllifi Ali Bulaç yazır ki, 1991-ci il qırılma dövrü oldu və Gülən Süleymaniye məscidinin imamı olmaqdan imtina edərək, beynəlxalq arenaya açılış etdi. “Beynəlxalq fiqur” olduqdan sonra Türkiyənin tanınmış siyasətçiləri ilə yaxınlaşdı, adı yavaş-yavaş məşhurlaşdı. Açılışlarda, mərasimlərdə Gülən dövrün siyasi fiqurları ilə tez-tez görüşürdü. 1994-cü ilin 15 yanvar tarixində “Milliyet” qəzeti Gülənlə dövrün Baş naziri Tansu Çillər arasındakı görüşü “Donanmada şəriətçi əməliyyat bazarlığı” manşeti ilə yayımladı.

 


Ana Gülən Təşkilatlanması

 

Gülən camaatına bağlı olduqları üçün zaman-zaman TSK-dan qovulanlar olub. Misal üçün, 1984-cü ildən 2000-ci illərə qədər 400 nəfər buna görə ordudan uzaqlaşdırılıb.



Lakin diqqət çəkən məqam 2003-cü ildən sonra Gülən camaatına bağlı olmağa görə heç kimin orduda uzaqlaşdırılmamasıdır. Məhz həmin dövrdən sonra camaat ordu içində güclənməyə, tərəfdarlarını çoxaltmağa başladı.



Üçok deyir ki, Ergenekon və Balyoz əməliyyatları ilə camaat ordu içində öz yerlərini genişləndirməyə başladılar. Bir neçə aydan sonra ordu komandanı olacaq generallar həbsxanaya atıldı, əvəzində onlar özlərinə bağlı kadrları yerləşdirdilər.
 


15 iyul dövlət çevrilişinə cəhddə isə ən diqqətçəkən məqam həbs olunanlar arasında general və polkovniklərin çox olmasıdır. Onların hərbi məktəbə daxil olduqları il ilə Gülənin ordu içinə sıxması illəri eyni dövrdə təsadüf edir.
 


Qeyd edək ki, F.Gülənin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CİA) bağlı olduğu deyilir. 


Digər xəbərlər:
Şərhlər
avatar