CHP Azərbaycanda liderdir (FOTO)
08.06.2015 746 0.0 0

Ötən gün Türkiyə parlamentinə seçki keçirilib. Azərbaycanda yaşayan türklər də bu hüquqlarından istifadə ediblər. 

 "Milliyət"ə istinadla verdiyi məlumata görə, seçki Bakı səfirliyi, Gəncə və Naxçıvan konsulluqlarında baş tutub. 

Azərbaycandan gələn səslərin 100 faizi də hesablanıb. Nəticələrə görə, Bakıda CHP (Cümhuriyyət Xalq Partiyası), Gəncə və Naxçıvanda isə AKP (Ədalət və İnkişaf Partiyası) liderdir. 

Bakıda keçirilən səsvermədə CHP liderdir. Bu partiya 508 səs (30.01 faiz) toplayıb. Hakim AKP isə 460 (27.17), HDP 355 (20.96), MHP (Milliyətçi Hərəkat Partiyası) 302 (17.84 faiz) toplayıb. 

Gəncədə AKP 20 (37.03 faiz), MHP 13 (24.07 faiz), HDP 12 (22.21 faiz), CHP 7 (12.96 faiz)

Naxçıvanda - AKP 42 (43.29 faiz), CHP 26 (26.80 fazi), MHP 14 (14.43 faiz), HDP 7 (7.21 faiz)

Ümumi nəticələrdə CHP 29, 34; AKP 28,31; HDP 20,28; MHP 17,84, digərləri isə 4,23 faiz səs toplayıb. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar