Çempionlar Liqasının püşkü atıldı
20.03.2015 1066 0.0 0

Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Qazeta.info ANS PRESS-in məlumatına əsasən bildirir ki,, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan mərasimdə 8 komanda 4 cütlüyü müəyyənləşdirib.

İspaniyanın iki klubu - "Atletiko" və "Real" bu mərhələdə üz-üzə gələcək. Komandalar ötən mövsüm turnirin finalında üz-üzə gəlmişdi. Həmin matçda "Real" 4:1 hesablı qələbə qazanmışdı.

İspaniyanın digər təmsilçisi "Barselona" PSJ-yə rəqib olub. "Bavariya" "Portu"nu, "Yuventus" "Monako"nu sınağa çəkəcək.

Qeyd edək ki, 1/4 finalın ilk oyunları aprelin 14-15-də, cavab matçları 21-22-də keçiriləcək.

Çempionlar Liqası
1/4 final

PSJ (Fransa) - Barselona (İspaniya)
Atletiko (İspaniya) - Real (İspaniya)
Portu (Portuqaliya) - Bavariya (Almaniya)
Yuventus (İtaliya) - Monako (Fransa)


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar