Çempionlar Liqası və Avropa Liqasında qrup mərhələsinin ən yaxşı qolları müəyyənləşib
17.12.2021 246 0.0 0

UEFA Çempionlar Liqasında qrup mərhələsinin ən yaxşı qolu müəyyənləşib.

Məlumata görə, Fransa PSJ-sinin futbolçusu Lionel Messinin evdə İngiltərənin "Mançester Siti" klubunu 2:0 hesabı ilə məğlub etdikləri II tur oyunundakı dəqiq zərbəsi birinci yerə layiq görülüb.

Argentinalı hücumçu sözügedən qarşılaşmanın 74-cü dəqiqəsində uzaq məsafədən dəqiq zərbə ilə yekun hesabı müəyyənləşdirmişdi.

Qalib azarkeşlər arasında səsvermədən sonra bəlli olub. Lionel Messinin qolu 22 faiz səs toplayıb.

Avropa Liqasında qrup mərhələsinin ən yaxşı qolu isə Şotlandiya "Seltik"inin futbolçusu Kyoqo Furuhasinin evdə Macarıstan "Ferentsvaroş"una 2:0 hesabı ilə qalib gəldikləri III tur matçındakı dəqiq zərbəsi seçilib./report/


Loading...
Digər xəbərlər:
Şərhlər
avatar