Çempionlar Liqası: `Real Madrid` və `Mançester Siti` 1/4 finala yüksəlib
10.03.2022 370 0.0 0

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab oyunu keçirilib.

Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, bununla da 1/4 finalın növbəti iştirakçıları bəlli olub.

Gecənin prinsipial qarşılaşmasında Fransa PSJ-si İspaniyada "Real Madrid"lə qarşılaşıb. İlk matçda Paris təmsilçisi rəqibinə 1:0 hesabı ilə qalib gəlsə də, ikinci görüşdə bu üstünlüyünü qoruya bilməyib. Səfərdə 1:3 hesabı ilə uduzan qonaqlar turnirlə vidalaşıb.

Oyunda hesabı 39-cu dəqiqədə PSJ-nin hücumçusu Kilian Mbappe açıb. Lakin 61-ci, 76-cı və 78-ci dəqiqələrdə fərqlənən Kərim Benzema həm het-trikini, həm də növbəti mərhələyə vəsiqəni rəsmiləşdirib.

Gecənin digər matçında İngiltərənin "Mançester Siti" klubu evdə Portuqaliya "Sportinq"ini sınağa çəkib. Səfərdəki ilk görüşdə 5:0 hesablı qələbə qazanan "şəhərlilər" evdə qolsuz heç-heçə edərək, 1/4 finala adlayıb.

UEFA Çempionlar Liqası, 1/8 final

Cavab oyunları

9 mart

00:00. "Real Madrid" (İspaniya) - PSJ (Fransa) - 3:1

Qollar: Kərim Benzema, 61; 76; 78 - Kilian Mbappe, 39

Baş hakim: Denni Makkeli (Niderland)

İlk oyun - 0:1

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar