Çempionlar Liqası: `Çelsi` məhsuldar heç-heçəyə, `Borussiya` əzmkar qələbəyə nail olub - VİDEO
06.11.2019 504 0.0 0

UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib.

Qazeta.info "Report"un məlumatına əsasən bildirir ki, turun ilk 2 oyununda gözlənilməz nəticələr qeydə alınıb. F qrupunda yer alan "Barselona" İspaniyada Çexiyanın "Slaviya" (Praqa) komandasını məğlub edə bilməyib. Görüş qolsuz yekunlaşıb. Bununla belə, Kataloniya təmsilçisi 8 xalla liderliyini qoruyub. "Slaviya" isə 2 xalla qrupda sonuncudur.

G qrupunda "Zenit" Rusiyada da Almaniya "Leyptsiq"inə uduzub - 0:2. İlk yarının uzatma dəqiqələrində Dieqo Demme, 63-cü dəqiqədə Marsel Zabitser fərqlənib. Bununla da xallarını 9-a çatdıran "Leyptsiq" liderliyini qoruyub. 4 xalı olan "Zenit" isə 3-cü pilləyə enib.

Gecənin qalan 6 görüşü isə daha məhsuldar alınıb. Almaniyanın Dortmund şəhərində "Borussiya" İtaliyanın "İnter" komandası ilə matçda 0:2 hesabı ilə geridə olduğu halda, əzmkar qələbəyə nail olub - 3:2. Hollandiya "Ayaks"ı isə İngiltərədə "Çelsi" ilə qarşılaşmada 4:1 hesabı ilə üstün durumda olmasına rəğmən, yekunda heç-heçə ilə kifayətlənib - 4:4.

Çempionlar Liqası

Qrup mərhələsi, IV tur

6 noyabr

E qrupu

24:00. "Napoli" (İtaliya) - "Zaltsburq" (Avstriya) - 1:1

Qollar: İrvinq Losano, 44 - Erlinq Braut Holand, 11 (penalti ilə)

24:00. "Liverpul" (İngiltərə) - "Genk" (Belçika) - 2:1

Qollar: Jorjinyo Veynaldum, 14. Aleks Oksleyd-Çemberlen, 53 - Alli Mbvana Samatta, 41

Xal durumu: "Liverpul" - 9, "Napoli" - 8, "Zaltsburq" - 4, "Genk" - 1.

F qrupu

24:00. "Borussiya" (Dortmund, Almaniya) - "İnter" (İtaliya) - 3:2

Qollar: Əşrəf Hakimi, 51; 77. Yulian Brandt, 64 - Lautaro Martines, 5. Matias Vesino, 40

21:55. "Barselona" (İspaniya) - "Slaviya" (Praqa, Çexiya) - 0:0

Xal durumu: "Barselona" - 8, "Borussiya" - 7, "İnter" - 4, "Slaviya" - 2


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar