CAR İrana raket satmaq üçün BMT-dən icazə istəyib
20.03.2017 1394 0.0 0

Cənubi Afrika Respublikası BMT Təhlükəsizlik Şurasından İrana hərbi dəniz qüvvələrinin istifadəsi üçün nəzərdə tutulan “Umkhonto” zenit-raket kompleksinin satışı üçün icazə istəyib.
 
“Tasnim” agentliyinə istinadən verilən məlumata görə, BMT Təhlükəsizlik Şurası razılıq verəcəyi halda CAR-ın “Denel Dynamics” şirkəti böyük həcmdə silah satışını həyata keçirəcək.
 
 
İrana silah satışı ilə bağlı müqavilənin dəyəri 118 milyon dollar təşkil edir.
 
Qeyd edək ki, keçən il dekabrın ortalarında İran müdafiə naziri Hoseyn Dehqan və CAR-ın müdafiə naziri Nosiveve Mapisa-Nkakula arasında hərbi sferada əməkdaşlıqla bağlı memorandum imzalanıb.
 
Xatırladaq ki, keçən ilin yanvarında İranın nüvə proqrammı ilə bağlı beynəlxalq sanksiyalar ləğv edilib. Ancaq İrana döyüş təyyarələri, hücum vertolyotları, hərbi dəniz gəmiləri, artilleriya qurğuları, tank və raket satışı üçün BMT Təhlükəsizlik Şurasından icazə alınması tələb edilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar