Çanaqqala Bakıda anıldı (VİDEO)
18.03.2015 777 0.0 0

Çanaqqala zəfərinin 100-cü ildönümü Bakıda qeyd edilib. Anım mərasimi Türk şəhidliyində baş tutub. ANS TV-nin məlumatına görə, Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşğun başda olmaqla, səfirliyin nümayəndələri, türk iş adamları abidə önünə gül çələngi qoyulub. Onlar daha sonra Şəhidlər Xiyabanını ziyarət ediblər. 

Səfir İsmayıl Alper Coşqun Türkiyə və Azərbaycanın bundan sonra da birlikdə olacağını və birgə layihələr ilə nəinki iki ölkəyə, bütün dünyaya tövhə verəcəyini söyləyib.

“Əgər bu gün nəyinsə sahibi olmuşuqsa, Türkiyədə Qarsda TANAP-ın təməlatma kimi bir layihəni gerçəkləşdirə bilmişiksə, buna görə şəhidlərə borcluyuq. Onların xatirəsini anmaq bizim üçün ən böyük bir borcdur. Türkiyə hər şeydən öncə ilk növbədə Azərbaycanla birlikdədir. Hər iki ölkə TANAP layihəsində olduğu kimi ortaq layihələri ilə həm Türkiyəyə, həm Azərbaycana, həmçinin bütün dünyaya öz töhvələrini verəcək”. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar