Cəlilabadda qədim qəbiristanlıq aşkarlanıb - FOTOSESSİYA
21.08.2015 772 0.0 0

Cəlilabadda  yol yatağı üçün torpaq daşınan  ərazidə  qədim dövrlərə aid maddi-mədəniyyət nümunələri aşkar olunub.

Məlumata görə, rayonun Sərhədabad kəndindəki  nar bağı təpəsində aşkarlanmış bu nümunələr əsasən qəbir abidələrindən ibarətdir. Ərazidə çoxlu qəbirlərin olması bu yerlərin vaxtilə  qədim yaşayış məskəni olduğunu deməyə əsas verir. Burdakı məzarlar tarixdə Möhrə qəbir abidələri kimi tanınır. Belə ki, antik inanclara görə, gəbir ərazisinin paklaşdırılması üçün burada  xüsusi ayinlər, o cümlədən vəfat etmiş insanların  dəfndən öncə  yandırılması adətini özündə əks etdirən mərasimlər icra olunubmuş.
 
Cəlilabadlı tarixçi-tədqiqatçı Rza Rzayevin qənaətincə, sözü gedən ərazidə üzə çıxarılan maddi-mədəniyyət nümunələrinin son Tunc dövrünə aid olduğu ehtimal edilə bilər.
 
Qeyd edək ki, Cəlilabadda indiyə kimi tarixçilərə yalnız bir Möhrə qəbir abidəsi məlum idi. Hazırkı tapıntı isə Möhrə qəbirlərin kütləvi halda aşkar olunduğu ilk  belə tarixi məkan hesab olunur.
 
Hazırda ərazidə qazıntı işləri dayandırılıb və burada  geniş tədqiqat işlərinin aparılması üçün müvafiq təşkilatlara məlumat verilib. Mütəxəssislərin fikrincə, nadir tapıntılardan olan Möhrə qəbir məzarlığının öyrənilməsi antik tariximizlə bağlı son dərəcə  maraqlı məlumatları üzə çıxara bilər./apa/

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar