Cəbhədə mina partladı
15.04.2015 645 0.0 0

Goranboyda 21 yaşlı gənc minaya düşüb.

Məlumata görə, hadisə Goranboyun Zeyvə kəndində qeydə alınıb.

Kənd sakini Nurlan Kərimov səhər saatlarında yoldaşlarıyla birgə yabanı bitki toplamaq üçün təmas xəttinə yaxınlaşıb. Minalanmış əraziyə yaxınlaşan zaman partlayış baş verib. Nəticədə Nurlan Kərimov yaralanıb. Yaralı artıq təhlükəli ərazidən çıxarılıb.

Kənd sakinlərinin sözlərinə görə, hadisə saat 11 radələrində baş verib

Ərazi qarşı tərəfdən müşahidə olunduğuna görə, 21 yaşlı Nurlan Kərimovu bir müddət yaralandığı yerdən çıxarmaq mümkün olmayıb. Əldə etdiyimiz məlumata görə yaralını hərbçilərin köməyi ərazidən uzaqlaşdırmaq mümkün olub. 

Yaralı Gəncə şəhərinə aparılıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar