Cəbhədə erməni hərbçi öldü
04.07.2016 814 0.0 0

Azərbaycan-Ermənistan sərhədində yerləşən Tavuş rayonunda döyüş postlarından birində erməni hərbçinin cəsədi tapılıb. Məlumata görə, bu barədə Ermənistanın müdafiə nazirliyinin mətbuat katibi Artsun Ovannisyan xəbər verib.

Onun sözlərinə görə, hadisənin təfərrüatlar bir qədər sonra istintaq xidməti tərəfindən elan ediləcək. Həlak olmuş hərbçinin Armavir sakini olan Arsen Mxitaryan olduğu və onun avtomatik silahdan açılmış güllə yarasından öldüyü bildirilir.


İyunun 17-də Dağlıq Qarbağda Ermənistan ordusunun əsgəri öldürülüb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti ölüm faktını təsdiqləyib. Əsgər Hrant G.Qriqoryanın meyiti cəbhə xəttinin cənub istiqamətində təlim bölməsində tapılıb. Təlim bölməsi təmas xəttinin cənub istiqamətindədir.


1997-ci il təvəllüdlü əsgərin hansı şəraitdə öldüyü bəlli deyil. Ermənistan istintaq komitəsi hadisə ilə əlaqədar araşdırmaya başlayıb. 

Ermənistan ordusunda ölüm faktı iyunun 2-də qeydə alınıb.
Əvvəl 1997-ci il təvəllüdlü Xoren Harutunyanın ölümcül yaralandığı barədə məlumat verilib. Daha sonra onun həyatını itirdiyi bildirildi.

Onu hərbçi yoldaşının güllələdiyi məlum olub. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar