Bütün dünyanın maraqlandığı qız (FOTO)
21.04.2015 1032 0.0 0

Hazırda bütün dünya Rusiyanın ən gözəl qızı Sofiya Nikitçukla maraqlanır. Bu qız 2 gün əvvəl "Miss Rusiya - 2015" gözəllik yarışmasının qalibi olaraq gözəllik tacına sahiblənərək diqqətləri üzərinə çəkməyi bacardı. İndi Nikitçuk öz ölkəsini dünya və kainat gözəli müsabiqələrində də təmsil edəcək. 

Sofiya Nikitçuk Humanitar elmlər və incəsənət fakültəsinin tələbəsidir. Gimnastika və voleybolla məşğul olur. 

"Mən incəsənət və musiqi məktəbini bitirmişəm, universiteti də qırmızı diplomla bitirəcəyimə, magistr dərəcəsi alacağıma da əminəm", - deyən Rusiya gözəli öz təhsili ilə fəxr etdiyini də bildirib.

Bununla belə, bir çoxları Sofiyanın təmiz qələbə qazanmadığını iddia edirlər. Hətta bəziləri qızın müsabiqənin baş sponsorunun rəfiqəsi olduğunu, qələbəni də onun sayəsində qazandığını da deyirlər.

21 yaşlı qız bu qələbəsi sayəsində 3 milyon rubl (təxminən 63 min manat) və avtombil qazanmışdı. Nikitchuk Rusiya gözəli seçilərkən sevincini belə bölüşmüşdü: "Dünyanın ən xoşbəxt insanıyam. Seçimələrə qatıldığım gün bu işə nədən girişdiyimi bilirdim. Mən əvvəlcədən qərara almışdım ki, bura qələbə üçün gəlirəm və belə də oldu"./anspress/

 

 

 

 

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar