Bulvarda 25 yaşlı oğlan intihar edib - VİDEO
10.08.2015 1050 0.0 0

 

Qazeta.info Fövqaladə Hallar Nazirliyinə (FHN) istinadla bildirir ki, FHN böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1500 metr sola, nəzarətsiz ərazidə) 1990-cı il təvəllüdlü Ağayev Pərvin Elşən oğlu intihara cəhd məqsədilə özünü dənizə atmışdır. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuş və axtarışlara başlamışlar. P.Ağayevin cəsədi batdığı yerdə tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 15:15-də başa çatmışdır.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar