Əbülfəs Qarayevdən yeni təyinat
15.02.2016 544 0.0 0

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrinə əsasən, 11 fevral 2016-cı il tarixindən etibarən Leyli Şəmsəddin qızı Mirzəyeva Nizami Kino Mərkəzinin direktor vəzifəsinə təyin olunub.

Qazeta.info Mədəniyyət və Turizm Nazirliyinə istinadla qeyd edir ki, Leyli Mirzəyeva Bakı Musiqi Akademiyasının məzunudur. Müxtəlif dövrlər ərzində O, "Kainat" Gənclik Mərkəzinə layihələr üzrə koordinator, Nizami Kino Mərkəzində marketinq şöbəsinin müdiri və kino işləri üzrə direktor müavini vəzifələrində çalışmışdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar