Əbülfəs Qarayev İslam Əməkdaşlıq Təşkilatının baş katibi ilə görüşüb
18.05.2015 575 0.0 0

Mayın 18-də Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin Mədəni ilə görüşüb.
Qazeta.info M
ədəniyyət və Turizm Nazirliyinə istinadla bildirir ki, görüşdə Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirildi. Müxtəlif sahələrdə həyata keçirilən birgə layihələrin önəmi qeyd olundu. Görüşdə artıq Bakıda üçüncü dəfə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulanmış və bu tədbirin müxtəlif fikirlərin dinlənilməsi və onların tətbiqi baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilmişdi. Söhbət zamanı ölkəmiz  ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar