Bu telefonlarda `WhatsApp` işləməyəcək
04.03.2017 994 0.0 0

İyun ayının 30-dan sonra bəzi telefonlarda "WhatsApp" işləməyəcək.

"CNNTürk"ə istinadla bildirilir ki, şəbəkənin rəsmi bloqundan verilən məlumata görə, artıq bəzi "Android", "IOS", "Windows", "BBOS" və "Symbian" platformalı telefonu olan istifadəçilər "WhatsApp"dan yararlana bilməyəcəklər.

İyun ayının 30-dan sonra "WhatsApp"ı işləməyəcək smartfonlar:

Nokia S40
Nokia Symbian S60
Android 2.1
Android 2.2
Windows Phone 7.+1
iPhone 3GS (iOS 6)
BlackBerry OS ve BlackBerry 10

Qeyd edək ki, bu telefonlar üçün yenilənmələrin tətbiqi 2016-cı ilin sonunda bitsə də, şirkət istifadəçilərə 2017-ci ilin iyun ayına kimi vaxt verib./Milli.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar