Bu şəxslərin tələsinə düşmüş vətəndaşların nəzərinə-DİN məlumat yaydı
13.02.2015 827 0.0 0
Qazeta.info Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, son günlər bəzi kütləvi informasiya vasitələrində respublikanın müxtəlif bölgələrində çoxsaylı vətəndaşların özünü "T group" adlandıran Tədris Mərkəzinin rəhbərliyi tərəfindən aldadılması, onlara qarşı dələduzluq edilməklə külli miqdarda pullarının mənimsənilməsi barədə məlumatlar yayılmaqdadır. 
 
Daxili İşlər Nazirliyi bununla əlaqədar bildirir ki, aldadılmış vətəndaşlardan bir qrupunun müraciəti əsasında artıq Mingəçevir Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. 
 
Araşdırmalarla müəyyən olunub ki, «Tağıyev LTD» Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçiləri Pərvanə Tağıyeva və Ülkər Sanılı vətəndaşların etibarından sui-istifadə edərək, işə düzəltmək adı ilə onlara qarşı dələduzluq edib və müxtəlif məbləğdə pullarını sonuncunun «Acess» bankdakı  hesabına köçürtdürməklə həmin vəsaitləri ələ keçiriblər. 
 
Onların hər ikisi şübhəli şəxs qismində cəlb edilməklə barələrində həbs qətimkan tədbiri seçilib.
 
İstintaq-əməliyyat tədbirləri ilə Ülkər Sanılının cari ilin ötən dövründə 22 nəfər Ağcabədi rayon sakininin etimadını qazanaraq onların 20.000 manata yaxın pullarını mənimsəməsi də sübuta yetirilib. 
 
Vətəndaşların nəzərinə çatdırırıq ki, cinayət işi üzrə ibtidai araşdırma Nazirlikdə davam etdiriləcək və bununla bağlı zərərçəkmiş şəxslərdən Baş İstintaq və Təhqiqat İdarəsinə müraciət etmələri xahiş olunur. 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar