Bu rayonlarda təbii qaz olmayacaq
05.08.2019 520 0.0 0

Bu gün səhər saat 09:00-dan etibarən avqustun 7-si işlər başa çatanadək Qaz İxrac İdarəsinin balansında olan magistral kəmərlərdə nəzərdə tutulan təmir işləri texniki səbəblərdən avqust ayının 6-na keçirilib.

Qazeta.info "Azəriqaz" İB-nin məlumatına əsasən bildirir ki, ona görə də Ağsu, Kürdəmir, İsmayıllı, Göyçay rayonlarının bir neçə kənd və yaşayış məntəqəsində qaz təchizatında dayandırmalar olmayacaq. Qeyd edək ki, bu barədə xəbər “Azəriqaz” İB-nin facebook səhifəsində dünən axşam saatlarında yayımlayıb. 

 

Bundan başqa bildirək ki, bu gün səhər saat 08.00-dan etibarən işlər başa çatanadək Qaz İxrac İdarəsinin “Qazıməmməd-Qazax” magistral kəmərində aparılan təmir işləri ilə bağlı Tovuz və Ağstafa rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılıb. Bundan başqa bu gün səhər saat 10:00-dan etibarən avqustun 6-sı işlər başa çatanadək Qaz İxrac İdarəsinin balansındakı magistral xətlərdə aparılan sazlama işləri ilə əlaqədar Qazax şəhərinin bir hissəsi, bir neçə kənd, bir sənaye müəssisəsi və 2 məktəbdə qaz təchizatı dayandırılacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar