Bu rayonlarda qaz olmayacaq
06.07.2016 834 0.0 0

Abşeron, Binəqədi və Xəzər rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Report”a “Azəriqaz” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata əsasən, qaz kəmərində aşkar olunan qaz sızmasının ləğvi və təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınaraq istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə iyulun 8-də saat 09:00-dan işlər yekunlaşanadək Abşeron rayonunun Xırdalan şəhəri, Qobu, Güzdək, Aşağı Güzdək və Hökməli qəsəbələrinin, Binəqədi rayonunun Çiçək yaşayış massivi ərazisində, həmçinin Xəzər rayonunun Binə və Qala qəsəbələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan işlərin Sabunçu rayonunun Maştağa qəsəbəsi və Savalan yaşayış massivinin qaz təchizatına da təsir göstərməsi mümkündür. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar