Bu rayonlarda içməli suyun verilişi məhdudlaşdırılacaq
02.02.2017 783 0.0 0

Bu gün Bakı şəhərinin Yasamal, Nəsimi və Səbail rayonlarının bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

Bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, məhdudlaşma magistral su kəmərində baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması ilə əlaqədardır.

Yaranan narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar