Bu rayonda qaz olmayacaq
11.01.2022 114 0.0 0

"Qaz İxrac” İdarəsinə məxsus “Oğuz-Yaqublu” yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar 11.01.2022-ci il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək “Yaqublu” QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Qazeta.info "Azəriqaz"  İB-nin məlumatına əsasən bildirir ki, təmir işləri aparılan müddətdə Oğuz rayonunun (Oğuz şəhəri və rayonun 24 kəndi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Təmir işlərinin günün ikinci yarısı saat 17:00-dək yekunlaşdırılması nəzərdə tutulub.


Loading...
Digər xəbərlər:
Şərhlər
avatar