Bu ölkənin səmasında `naməlum uçan obyekt` göründü
03.02.2022 293 0.0 0

Böyük Britaniya Müdafiə Nazirliyi Şotlandiyanın şimalında “naməlum uçan obyektin” görünməsi barədə məlumat yayıb.

Yerli mətbuatın xəbərinə görə, mümkün təhlükə ilə əlaqədar “Tayfun” qırıcıları havaya qaldırılıb.

Həmçinin, qırıcılarla yanaşı, “Brize Norton” Hərbi Hava Qüvvələri bazasından “Voyager” tanker təyyarəsinin də səmaya qaldırıldığı qeyd olunub.

Kral Hərbi Hava Qüvvələrinin sözçüsü “naməlum obyektin” Böyük Britaniyanın hava məkanına yaxınlaşdığını bildirib.

Əməliyyatın digər təfərrüatı açıqlanmayıb.

Mənbə: oxu.az


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar