Bu ölkədə baş prokuror istefaya getdi
29.03.2016 480 0.0 0

Ukrayna Ali Radası baş prokuror Viktor Şokinin istefasını təsdiqləyib.
 
RIA "Novosti”yə istinadən verilən məlumata görə, Ukrayna prezidenti Pyotr Poroşenko daha əvvəl fəaliyyətindən bəzi parlamenti fraksiyalarının narazı olduğu V. Şokindən istefaya getməsini istəyib.
 
Bundan sonra Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Tseqolko istefa ərizəsinin administrasiyaya artıq daxil olduğunu deyib
 
Ukrayna qanunvericiliyinə əsasən, baş prokurorun işdən azad edilməsi və təyinatı səlahiyyəti prezidentə aiddir. Lakin qərar əvvəlcə parlament tərəfindən təsdiqlənməlidir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar