Bu müəllimlərin maaşı artdı-SƏRƏNCAM
17.03.2016 676 0.0 0
 

Qazeta.info xəbər verir ki, prezidentin sərəncamı ilə “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 yanvar tarixli 994 nömrəli Sərəncamının 1-ci hissəsinə uyğun olaraq müəyyən edilmiş aylıq vəzifə maaşları 2016-cı il aprelin 1-dən orta hesabla 10 faiz artırılıb.

Qeyd edə ki, bundan başqa sərəncamda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bilik və bacarıqların diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxemi və məbləğlərini, vəzifə maaşlarına əlavələrin məbləğlərini 2016-cı il aprelin 1-dək təsdiq etməsi tapşırılaraq,  Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməsi öz əksini tapıb.

Daha sonra, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi göstərilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar