Bu məşhurların övladları birinci sinfə getdi - video+fotolar
15.09.2017 418 0.0 0

Bu gün Azərbaycanda "Bilik Günü"dür.

Qazeta.info Axşam.az-ın məlumatına əsasən bildirir ki, bir çox məşhurun övladı da birinci sinfə qədəm qoyub. 

Uşağını ilk dəfə məktəbə yola salan məşhurların siyahısını təqdim edirik:

Müğənni Samir Piriyevin qızı Fərəh bu gün birinci sinfə gedir. Sənətçi övladını sosial şəbəkədə təbrik edib:

“Öz qızımın simasında bütün məktəbə gedənləri təbrik edirəm. Onlara bol uğur, zehin açıqlığı arzulayıram. İnşallah, qızım, ali məktəbə getməyini təbrik edim”.

Bu gün birinci sinfə gedənlərdən biri də aktyor Fərda Xudaverdiyevinoğlu Amindir. Fərda övladının görüntüsünü paylaşaraq “Aminin ilk dərs günü. Allah bütün balaları qorusun” şərhini yazıb.



Müğənni Xuraman Şuşalının oğlu Məhəmməd Mehdi də bu gün məktəbə gedib. İfaçı "Anasının fəxri birinci sinfə gedir" deyə, bildirib.

 





Rəqqasə Fatimə Fətəliyeva da oğlu Hüseyni birinci sinfə yola salıb.





Müğənni Əbdül Xalidin qızı Mədinə üçün də bu gün ilk dərs günüdür. Sənətçi övladının fotosunu paylaşaraq "Bütün şagirdləri və tələbələri təbrik edirəm. Mənim ürəyim də məktəbə getdi" sözlərini qeyd edib.

 





Müğənni Elçin Hüseynovun qızı Raya birinci sinfə gedənlər sırasındadır. Sənətçi övladının məktəbli fotolarını İnstaqram səhifəsində yayımlayıb. 



Ötən il ayrılan rejissor Fuad Əlişov və aktrisa Sevinc Əliyevanın əkizləri Suad və Fatimə birinci sinfə yollanıb.
 



Aktyor Elnur Kərimovun qızı Aylin də bu il şagird oldu.

 


Digər xəbərlər:
Şərhlər
avatar